Güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.