AZ

Meymunçiçəyinin yeni növü aşkarlandı - İlk yoluxma qeydə alındı

Almaniyada meymunçiçəyi xəstəliyinin yeni növü aşkarlanıb.
 
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada "Mpox" ( meymunçiçəyi ) virusunun yeni variantı tapılıb.
 
Robert Koç İnstitutundan ( RKİ ) verilən açıqlamada bildirilir ki, meymunçiçəyi diaqnozu qoyulmuş şəxslərdən birində "mpox"un yeni növü olan "clade 1b" virusu aşkarlanıb. RKİ-nin məlumatında bu virusdan ölüm qeydə alınmadığı da vurğulanıb.
 
Həmçinin qeyd olunub ki, virusun öldürücülük qabiliyyəti çox aşağı olsa da, nəzarət altında saxlanılması gərəklidir.
Seçilən
3
9
moderator.az

10Mənbələr