AZ

ÖLKƏDƏN BÖYÜK PULLAR ÇIXARANLAR QANDALLANDI - Prokurorluq adları açıqladı (TƏFƏRRÜAT)

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycana qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Rüfət Qarayev, Elnur Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Land Lojistics”, “International Lojistics” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 85.5 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 145,4 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmayıblar.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Rüfət Qarayev, İbrahim Lalayev və Muxtarov Elməddin barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Elnur Qarayev barəsində barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Seçilən
1
4
mia.az

10Mənbələr