AZ

Ermənistan Şuşa muğam festivalına müğənni göndərəcək – Qazaryan

Ermənistan təmsilçisi Suzanna Melkonyanın Qazaxıstanın Türküstan şəhərində “Turanın səsi” beynəlxalq mahnı müsabiqəsində qalib olması ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb.

News24.az xəbər verir ki, erməni ifaçının sözügedən müsabiqəyə qatılmasına qarşı çıxanlardan biri də siyasətçi Edqar Qazaryandır.

O, Ermənistanın həmin müsabiqədə iştirakına ironik yanaşıb.

“Gələn il, yəqin ki, Şuşada keçirilən muğam festivalına erməni müğənnilər göndəriləcək”, – E.Qazaryan bildirib.

Qeyd edək ki, bu il Qazaxıstanın Türküstan şəhərində “Turanın səsi” beynəlxalq mahnı müsabiqəsi baş tutub. Onun qalibi Ermənistan təmsilçisi Suzanna Melkonyan olub.

Müsabiqə beşinci dəfədir keçirilir. Burada Qırğızıstan, Özbəkistan, Tatarıstan, Azərbaycan, Gürcüstan, Belarus, Ermənistan, Kipr, Türkiyə, Bolqarıstan, Kosovo, İndoneziya, İspaniya, Kuba, Venesuela və digər ölkələrdən 18-35 yaş arası ifaçılar müsabiqədə iştirak edirlər.

\\ Globalinfo.az 

Seçilən
17
news24.az

1Mənbələr