AZ

BRİKS ölkələri ticarət prosedurlarınısadələşdirir

BRİKS ölkələrinin liderləri ölkələr arasında ticarət prosedurlarının sadələşdirilməsi barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Assosiasiyanın XVI Sammitinin Kazan Bəyannaməsində deyilir.

"Biz ticarətin asanlaşdırılmasında standartlaşdırma alətlərinin rolunu tanıyırıq və standartlaşdırma sahəsində qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Vergi sahəsində əməkdaşlığın gücləndirilməsi və vergi sahəsində şəffaflığın artırılmasına kömək edən və yüksək gəlirli fiziki şəxslərin səmərəli vergiyə cəlb edilməsi məsələlərinin müzakirəsini asanlaşdıran daha mütərəqqi, sabit və səmərəli beynəlxalq vergi sisteminin qurulması təşəbbüslərini dəstəkləyirik", - bəyanatda qeyd olunur.

Türkan İSGƏNDƏRLİ

Seçilən
16
redaktor.az

1Mənbələr