AZ

COP29-a qədər Azərbaycanda “yaşıl” binaların tikintisi üzrə yol xəritəsi təqdim ediləcək

Bakı. Trend:

COP29-a qədər Azərbaycanda "yaşıl" binaların tikintisi üzrə yolxəritəsi təqdim ediləcək.

Trend xəbər verir ki, bunuBeynəlxalq Maliyyə Korporasiyasının dayanıqlı maliyyə üzrəmütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyəüçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyəkonfransında bildirib.

"Yaxın gələcəkdə IFC Azərbaycanda "yaşıl" binaların tikintisiüçün yeni tənzimləyici və dəstəkləyici mexanizmin yaradılmasınıplanlaşdırır. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iləimzalanmış memorandumun nəticəsi olaraq həyata keçiriləcək və onunəsasında Azərbaycanda "yaşıl" binaların tikintisi üçün yol xəritəsihazırlanıb təqdim olunacaq. Yol xəritəsinin COP29-a qədər təqdimolunması gözlənilir", - o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
25
37
az.trend.az

10Mənbələr