Sudan Çevik Reaksiya Qüvvələri (RSF) vurulan İl-76 təyyarəsinin hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün komissiya yaradıb. Bu barədə RİA Novosti-yə RRF komandirinin müşaviri Əl-Başa Tabik bildirib.
"Təyyarənin kimliyi və hansı dövlətə aid olduğunu və göyərtəsində kimin olduğunu müəyyən etmək üçün komissiya yaradılıb", - Tabik agentliyə bildirib.
Sudanın qərbindəki Darfur bölgəsini ələ keçirən üsyançı Çevik Reaksiya Qüvvələri oktyabrın 21-də Şimali Darfur əyalətində Sudanın İl-76 yük təyyarəsini vurduqlarını, ekipaj üzvləri arasında Rusiya vətəndaşlarının da olduğunu bildirib.
Oxuməni.az