AZ

“Real Madrid”in iki futbolçusu “El-Klasiko” öncəsi zədələnib

“Real

Bakı, 23 oktyabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua və hücumçusu Rodriqo zədələnib.

AZƏRTAC Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçu Çempionlar Liqasının III turunun Dortmund “Borussiya”sı ilə keçirilmiş matçında (5:2) xəsarət alıb.

Rodriqonun oktyabrın 26-də doğma meydanda “Barselona”ya qarşı keçiriləcək matçda oynamayacağı dəqiqləşib. T.Kurtuanın durumu isə bəlli deyil. Belçikalı qolkiperin “El-Klasiko”da meydana çıxıb-çıxmayacağı sual altındadır.

Seçilən
12
4
azertag.az

5Mənbələr