AZ

Macarıstan Ukrayna əsgərlərini öz ölkəsində görmək istəmir » AzadMedia.az


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan Vladimir Zelenskinin "qələbə planını" rədd edir və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini öz ərazisində görmək istəmir.

“Zelenskinin planına görə, Şərq Cəbhəsindəki qələbədən sonra Ukrayna amerikalıların əvəzinə öz gücləndirilmiş ordusu ilə bütün Avropanın təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Yəni, biz macarlar bir gün yuxudan oyanıb öyrənək ki, Şərqdən gələn slavyan əsgərlər yenidən Macarıstanda yerləşiblər. Biz bunu istəmirik”, - Macarıstan hökumətinin başçısı paytaxtın “Millenariş” parkında hər kəsin əvvəlcədən qeydiyyat olmadan gələ biləcəyi açıq meydanda çıxış edərkən bildirib.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr