AZ

ÖMÜRLÜK MƏHKUM OLAN ABDULLAH ÖCALAN SƏRBƏST BURAXILIR? – Baxçalının açıqlamalarının pərdəarxası

Ötən gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının PKK terror təşkilatının başçısı Abdullah Öcalanla bağlı verdiyi açıqlamalar Türkiyə gündəmində rezonans doğurub. Belə ki, Baxçalı Öcalanın parlamentə gələrək terrorun sonlandığını və PKK təşkilatının buraxıldığını elan etməsinə şərait yaradılmasını, ardınca qanunvericilikdəki “Umut hakkı” layihəsi (cəzasının müəyyən bir hissəsini həbsxanada başa vurduqdan sonra vaxtından əvvəl sərbəst buraxılması-red.) qüvvəyə minərsə, bundan yararlana biləcəyini, yəni bir növ həbsxanadan sərbəst buraxıla biləcəyi mesajını verib. Baxçalının çıxışından bir neçə saat sonra açıqlama verən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da sözügedən təkliflə bağlı müsbət bəyanatlar səsləndirib. Bunun tarixi bir fürsət olduğunu deyən Türkiyə lideri terror və zorakılığın olmadığı bir ölkə qurmaq istədiklərini bildirib.

“AzPolitika” xəbər verir ki, türkiyəli jurnalist Abdulkadir Selvi “Hürriyet” nəşrində yayımlanan məqaləsində hər kəsdə maraq oyandıran bu çağırışla bağlı öz fikirlərini bölüşüb.

Məqalənin tərcüməsini oxuculara təqdim edirik:

22 oktyabr miladdır

Turqut Özal dövründə Öcalan Bekaa vadisində olarkən Cəlal Talabani vasitəsilə birtərəfli atəşkəs prosesi başladılıb. Ərbakan dövründə bəzi təşəbbüslər oub. Ərdoğan iki dəfə həll prosesini başladıb. Amma onların heç biri Öcalanın nə Türkiyə məclisində, nə də DEM Partiyasının qrup toplantısında terrorun bitdiyini, PKK-nın ləğv olunduğunu bəyan etməsi ilə bağlı çağırış etməyib. Bu baxımdan 22 oktyabr tarixi dönüş nöqtəsidir. MHP-nin sədr müavini Fəti Yıldızın da dediyi kimi, “bu, bir miladdır”.

Seçilən
12
azpolitika.info

1Mənbələr