AZ

Gimnasiadanın açılış mərasimində bayraqdarlarımız bəlli olub

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziada İdman Oyunlarının açılış mərasimində üçrəngli bayrağımızı daşıyacaq idmançılar bəlli olub.

Gənclər və İdman Nazirliyindən İdman.bizə verilən məlumat görə, bu vəzifə paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə həvalə edilib.

Açılış mərasimi oktyabrın 24-də olacaq.

Qeyd edək ki, oktyabrın 31-dək davam edəcək Gimnaziadada ölkəmizi məktəb və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşadək 160 idmançı təmsil edəcək. 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları 16 idman növündə mübarizə aparacaqlar.

Ölkəmiz bu yarışlarda aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük idman növləri üzrə təmsil olunacaq.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr