AZ

İranda saxta spirtli içki hazırlamaqda təqsirləndirilən dörd nəfər edam olunub

İranın Əlborz əyalətində saxta spirtli içki hazırlamaqda təqsirli bilinən dörd nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, hökm oktyabrın 23-də səhər saatlarında Kərəc şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Məlumata görə, onların hazırladıqları saxta spirtli içki nəticəsində 17 nəfər ölüb, 191 nəfər müxtəlif dərəcəli zərər görüb.

Qeyd edək ki, oktyabrın 22-də Tehranda barələrində edam hökmü çıxarılan məhbusların anaları parlamentin binası qarşısında “Övladlarımızı edam etməyin!” şüarı ilə aksiya keçiriblər.

Seçilən
11
6
operativmm.az

7Mənbələr