AZ

Bayden federal qanunları pozmaqda İTTİHAM EDİLDİ

Texas ştatının baş prokuroru Ken Paxton ABŞ Prezidenti Co Bayden administrasiyasını daha əvvəl seçicilərin vətəndaşlığı haqqında məlumat verməkdən imtina edərək federal qanunları pozmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

Onun sözlərinə görə, bu, ştatda azad və ədalətli seçkilərin keçirilməsinə əngəllər yaradır.

“Bayden-Harris administrasiyası federal qanuna əməl etməkdən imtina etdi. Qanun onlardan tələb edir ki, yarım milyona yaxın potensial uyğunsuz seçiciyə həyati əhəmiyyətli vətəndaşlıq məlumatları təqdim etsin. Bayden-Harris administrasiyası qanuna məhəl qoymamağı seçdiyi üçün mən onları məhkəmədə görəcəyəm”, - Pakston bildirib.

Seçilən
30
publika.az

1Mənbələr