AZ

Göyçayda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

22:08

Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə 37 yaşlı Mənsimov Xəyal Alik oğlu şübhəli bilinir, o, polisə könüllü polisə təslim olub.

Araşdırma aparılır.

Seçilən
1
7
far.az

10Mənbələr