AZ

Mahsun Kırmızıgülün serialı final edir

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Güzel Aşklar Diyarı” serialı final edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Baş rollarda Halil Ergün, Burak Berkay Akgül, Özgü Kaya, Meltem Cumbul, Melis Birkan, Ege Kökenli və Özgür Emre Yıldırım kimi aktyorların oynadığı serial başladığı gündən gözlənilən reytinqləri toplaya bilməməsi səbəbilə izləyicilərlə vidalaşır.

Qeyd edək ki, cəmi 6 bölümü efirə gedəcək olan serialın musiqiləri və yayımı Türkiyəli sənətçi, prodüser Mahsun Kırmızıgülə aid idi.

Seçilən
0
4
qafqazinfo.az

5Mənbələr