Salyan sakinini cərəyan vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində baş verib.

Qaraçala kənd sakini 1993-cü il təvəllüdlü Ağarzayev Şəmsəddin Mehman oğlu həyətyanı sahəsində iş görərkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info