Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İslam dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüblər.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfirlərə Azərbaycan ilə müsəlman dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, o cümlədən Azərbaycanın bu sahədəki baxışı və prioritetləri barədə məlumat verilib.
Eyni zamanda səfirlərin sualları cavablandırılıb.