AZ

Dövlət Agentliyinin rəsmi emblemi təsdiqləndi

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, həmçinin “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” də təsdiqlənib (əlavə olunur).

***

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında ƏSASNAMƏ

1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra ─ Agentlik) rəsmi emblemi Agentliyin rəmzidir. Rəsmi emblem Agentliyin hər bir əməkdaşına Agentliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

2. Agentliyin rəsmi emblemi Agentlik əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Agentliyə mənsubiyyətini bildirən nişandır.

3. Agentliyin rəsmi emblemi Agentliyin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Agentliyin rəsmi emblemi onun blanklarında, inzibati binalarının adı göstərilən lövhələrində yerləşdirilə bilər.

4. Agentliyin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

4.1. Agentliyin çap məhsullarında, kino, video, fotomateriallarında;

4.2. Agentliyin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).

***

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin TƏSVİRİ

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi kənarı boyunca enli qızılı haşiyəli qara dairə formasındadır.

Dairənin kənarı üzrə enli qızılı haşiyədən sonra ensiz qızılı haşiyə, qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “STRATEJİ OBYEKTLƏRİN MÜHAFİZƏSİ DÖVLƏT AGENTLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “RESPUBLİKASI” sözündən sonra qızılı rəngli səkkizguşəli ulduz təsvir edilmişdir.

Dairənin mərkəzində üzərində 12 ədəd düymə təsvir edilmiş və kənarları boyu tünd qızılı kantla haşiyələnmiş növbəti qızılı dairənin daxilində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Dövlət Gerbinin arxasında kəsişmə görüntüsü yaradan, dəstəkləri və iti ucları görünən qızılı rəngli iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).

Dövlət başçısının digər Fərmanı ilə “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib.

1729604322

Seçilən
0
17
banker.az

10Mənbələr