AZ

Bakıdakı yağış fəlakətinin günahkarı ODUR - ekspert GERÇƏKLƏRİ açıqlayır

Artıq iki gündür Bakıya yağan aramsız yağış paytaxtı tamamilə iflic vəziyyətinə salıb. Şəhərin kanalizasiya xətti, drenaj sistemi yağış suyunu çəkib apara bilmir. Nəticədə avtomobil yolları, piyada səkiləri, tunellər, yeraltı keçidlər, müxtəlif ünvanlarda sakinlərə məxsus evlər yağış sularına təslim olub. Yollarda hərəkət dayanıb, paytaxtın bəzi ərazilərində, həmçinin paytaxtətrafı yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Ən dəhşətlisi isə Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfər batıb.

Bakı şəhər İcra Hakimiyyəti sel sularının şəhəri iflic etməsini qlobal iqlim dəyişikliyi ilə əsaslandıraraq Bakını Siciliya ilə müqayisə edib. Bildirilib ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə mətbuata bildirilib ki, şəhərinin əksər ərazilərində fəaliyyət göstərən borular, drenaj sistemləri sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib. Həmçinin əvvəlki illərlə müqayisədə Bakıda evlərin, həyət evlərinin sayı artıb və evlər harada gəldi inşa olunub ki, bu da öz fəsadlarını göstərib.

Bəs Bakı yağışa necə təslim oldu?

Ekspert Natiq Cəfərli mövzu ilə bağlı TV Musavat-a danışıb.

Hazırladığımız süjeti təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr