AZ

Rusiyada Oskar mükafatına namizəd 8,5 il müddətinə azadlıqdan məhrum edilib

Moskva məhkəməsi Oskar mükafatına namizəd ukraynalı kinorejissor, prodüser Aleksandr Rodnyanskini Rusiya Silahlı Qüvvələri haqqında feyk yaydığına görə qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rodnyanski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi (“Rusiya Federasiyası Silahlı Qüvvələri barədə siyasi nifrət motivləri əsasında bilərəkdən yalan məlumatların yayılması”) ilə təqsirli bilinib və cəzasını ümumi rejimli koloniyada çəkməlidir.

Qeyd edək ki, kinoprodüserə qarşı cinayət işi onun Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Mariupol şəhəri, Zaporojye vilayəti və Kiyevi atəşə tutması ilə bağlı sosial şəbəkələrdə dərc etdiyi yazılardan sonra açılıb.

Seçilən
2
1
nocomment.az

2Mənbələr