AZ

Yağış sularını kənarlaşdıran sistem, demək olar ki, yoxdur - ekspert

Sabunçu tunel tipli yolötürücüsünü su basmasının səbəbi drenaj sisteminin yarımçıq qurulması ya da ümumiyyətlə qurulmaması ilə əlaqələndirmək olar. Əgər ora su yığılırsa, kənarlaşdırılmalıdır. Həddən artıq su yığılmasının səbəbləri araşdırılmalıdır. Digər tərəfdən Bakıda intensiv yağıntı çox olmasa da, yağış sularını kənarlaşdıran sistem demək olar ki, yoxdur.

Bu fikirləri Musavat.com-a nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, illər ərzində şəbəkə genişləndirilməyib: "Şəhər kommunikasiyaları üçün yeraltı sahənin istifadəsi çox səmərəlidir. Əksər növ kommunikasiyaları müasir metodlar tətbiq etməklə yeniləmək olar. Təbii ki, şəhərlərdə bu sistemlərin qurulması üçün xərc qoyulmalıdır. Yarana biləcək yaxud yaranan hər çətinlik milyonlarla insanın gündəlik həyatına təsir edir. Mövcud infrastrukturu təkmilləşdirmək lazımdır. Qalıcı problemlər şəhərə artıq yükdür".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr