AZ

Azər Türk Bank “SIBOS 2024” beynəlxalq konfransda iştirak edir

Dövlət bankı Azər Türk Bank bu il oktyabrın 21-dən Pekin şəhərində “SIBOS 2024” sərgi-konfransında ənənəvi olaraq iştirak edir. 

1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün əsas biznes foruma çevrilmişdir.

Ödənişlər, rəqəmsal aktivlər, ticarət maliyyəsi, süni intellekt və dayanıqlı maliyyə kimi geniş mövzuları əhatə edən builki konfransda 150-dən çox ölkə və regiondan 10 000-dən artıq iştirakçı maliyyə sənayesinin gələcək istiqamətlərini müzakirə etmək üçün toplanıb.

Həmçinin 133 tanınmış maliyyə qurumunun təmsil olunduğu sərgi sahəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
4
8
banco.az

10Mənbələr