AZ

Psixi pozuntusu olan qadının çayın kənarında meyiti tapıldı

Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov hadisə ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, həmin şəxs Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan 1947-ci il təvəllüdlü Şərqiyyə Məmmədovadır.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Ekspertizanın rəyinə əsasən, Ş.Məmmədova ürək çatışmazlığından dünyasını dəyişib.
 
 
 


Seçilən
1
1
7news.az

2Mənbələr