AZ

HÜRJET təlim təyyarəsi uçuş sınağında səs sürətini aşıb – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsi növbəti uçuş sınağında 1.01 mach sürətinə çatıb.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, bununla da HÜRJET ilk dəfə səs sürətini aşmağı bacarıb.

Qeyd olunub ki, səsdən yüksək sürətlə uçaraq yeni mərhələyə qədəm qoyan HÜRJET təlim təyyarəsinin sınaqları davam edəcək.

HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.

Seçilən
13
poliqon.az

1Mənbələr