AZ

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Qarabağ Azərbaycanın ərazisidir. Yaxşı, onda belə çıxır ki, Baş nazir Nikol Paşinyan oğlunu hərbi xidmət keçmək üçün hara göndərib?

Editor.az  globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, İrəvan hökumətinin açıqlamaları müharibədən öncəki əməlləri ilə uzlaşmır:

“Paşinyan Şuşada – Azərbaycan ərazisində sanki Qarabağı özü alıbmış kimi niyə rəqs edirdi? Simonyanın və ölkənin müdafiə nazirinin Ağdamda nar bağlarında nə işi vardı? Bu halda onlar Azərbaycan ərazisindən nar oğurlamış hesab olunurlar. Sözügedən açıqlama onların Bakı məhkəmələrinə çıxarılması üçün zəmin yaradır”.

Qeyd edək ki, Nikol Paşinyan 44 günlük müharibə müddətində oğlunun Qarabağda döyüşdüyünü iddia edirdi.

Seçilən
0
6
editor.az

7Mənbələr