Bakı. Trend:
Kriptovalyuta və ya qısaca kripto, onlayn mühitdə mübadiləvasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal maliyyəvəsaitidir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.
Onlayn mühitdə populyar olan kripto bərabərindəkiberdələduzların dələduzluq niyyətlərini həyata keçirmək məqsədiləgeniş istifadə olunur. Belə ki, saxta kripto platformalarıvasitəsilə istifadəçilər investisiya yatırmağa və ya səadət zəncirisisteminin qurbanı olmağa cəlb edilir.
Bəzən kiberdələduzlar istifadəçiləri belə saxta platformalarayönəltmək üçün fişinq xarakterli mesajlardan da istifadəedirlər.
Kriptovalyuta dələduzluğundan qorunmaq üçün aşağıdakıtəhlükəsizlik tədbirlərinə nəzər yetirə bilərsiniz.
1) Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlıgələn təkliflərə qarşı diqqətli olun.
2) Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrindoğruluğunu yoxlayın.
3) Təhlükəsiz elektron pulqabı və platformalardan istifadəedin.
4) Platformalarda aktivlərinizi qorumaq üçün nürəkkəb şifr vəikimərhələli təsdiqləmədən istifadə edin.