AZ

Bu ölkə Ukraynaya əsgər göndərir - Dünya savaşı yaxınlaşır

Şimali Koreyanın Rusiyaya dəstək üçün qoşun göndərməsindən sonra Cənubi Koreya Ukraynaya hərbi və kəşfiyyat personalı göndərə bilər.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı yazıb.

Media Cənubi Koreyanın kəşfiyyat rəsmisinə istinadən bildirib ki, Koreya Respublikasının hökuməti və ordusu kəşfiyyat zabitləri və düşmən taktikası üzrə ekspertlər daxil olmaqla, müvafiq sayda şəxsi heyətin göndərilməsi planını nəzərdən keçirir.

Bildirilir ki, Şimali Koreya əsgərləri Ukrayna qüvvələri tərəfindən əsir götürülərsə, Ukraynadakı Cənubi Koreya personalı dindirmə aparacaq və ya tərcümə xidmətləri göstərəcək. Onlar həmçinin Kiyevə Şimali Koreyanın hərbi taktikası, doktrinası və əməliyyatları barədə məlumat verəcəklər.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr