AZ

Lerikdə qarın hündürlüyü 5-6 sm-ə çatıb - VİDEO

Lerikdə yağan qarın hündürlüyü 5-6 sm-ə çatıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq Lerik rayonunun dağlıq ərazilərinə ilk qar yağıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, dağlara təqribən 5-6 sm qar yağıb: "Şəhər mərkəzində qar yoxdur. Yollar da açıqdır. Hərəkətdə hər hansı bir məhdudiyyət yoxdur".

Qeyd edək ki, Lerik rayonunun əsas yolu sayılan Lənkəran-Lerik magistralı açıqdır.

Seçilən
0
12
apa.az

10Mənbələr