AZ

Şalva Papuaşvili: “Gürcü arzusu”nun hakimiyyəti dövründə işsizlik yarıbayarı azalıb”

Yazını böyüt
Yazını kiçilt

“Gürcü Arzusu” hakimiyyəti şəraitində işsizlik 13,7 faizə qədər azalıb, 4 ilə isə 4 faizə enəcək. Bununla bizdə işsizlik Avropa İttifaqının 21 ölkəsində olduğundan aşağı olacaq”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Facebook” səhifəsində yazır.

Papuaşvili bildirib ki, Avropa İttifaqının yalnız bir neçə ölkəsində işsizlik səviyyəsi dörd faizdən aşağıdır.

“Gürcü Arzusu” hakimiyyətə gələndə ölkədə işsizlik səviyyəsi 26,7 faiz idi, indi isə 13,7 faizədək azalıb. Avropa İttifaqında 4 faizdən aşağı işsizlik səviyyəsi yalnız Niderland, Almaniya, Malta, Sloveniya, Polşa və Çexiyadadır. Bu ölkələr arasında da ən aşağı göstərici – 2,7 faiz Çexiyada qeydə alınıb”, - Şalva Papuaşvili yazır.

Seçilən
10
hafta.az

1Mənbələr