AZ

Siyasi partiyaların daha da güclənməsi lazımdır - Razi Nurullayev

Yazını böyüt
Yazını kiçilt

“Bu gün siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün hüquqi baza var. Bununla bərabər, siyasi partiyaların daha da güclənməsi lazımdır ki, bütün siyasi müzakirələr və məsələlər siyasi partiyalar müstəvisində olsun. Vətəndaşlar da bilsin ki, onlar üçün siyasi fəaliyyət və müzakirə siyasi partiya müstəvisində olan zaman fayda verir. Onlar da gedib şübhəli hərəkatlara, qurumlara və birliklərə qoşulmasın”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, siyasi partiyalar demokratiyanın tərkib hissəsidir. Siyasi partiyalar yoxdursa, demokratiyanın ölçüsü də yoxdur. Bu baxımdan hesab edir ki, onların ölçü göstərə biləcək səviyyədə inkişafı vacibdir.

“Bu həm də onun üçün lazımdır ki, onlar beynəlxalq birliklərdə öz maddi-texniki bazaları ilə sərbəst şəkildə iştirak edə, Azərbaycan adına işlər görə və ölkəmizi layiqincə təmsil edə bilsinlər. Siyasi partiyaların maddi-texniki bazası elə olmalıdır ki, onlar həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda xalqa və dövlətə xidmət etməkdə çətinliklə üzləşməsin”.

Seçilən
11
hafta.az

1Mənbələr