AZ

Əhaliyə ŞAD XƏBƏR: Bu tibbi xidmətlər də pulsuz oldu – VİDEO

İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra xidmətlərin çeşidi artırılacaq.

Busaat.az Xəzər TV-yə istinadən bildirir ki, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfini təkmilləşdirir. Buna görə də xidmətlər zərfinin müxtəlif blokları ixtisaslı həkimlər tərəfindən müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı zərfdə mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması  nəzərdə tutulur.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlərin də sığorta zərfinə əlavə edilməsi istiqamətində danışıqlar aparılır.

Yeni xidmətlər zərfində neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair çeşidlərin artırılması da nəzərdə tutulub.

Seçilən
1
16
busaat.az

10Mənbələr