AZ

Ucarda yol qəzası baş verib, 3 nəfər ölüb VİDEO

Ucar, 22 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Bakı-Qazax magistral yolunda dəhşətli qəza baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Ucarın Alpoud kəndində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsinə minik avtomobili anidən alışıb. Hadisə nəticəsində maşında olan 3 nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun kənar ərazilərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
6
azertag.az

7Mənbələr