Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bəyan edib.
"Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə ADY-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda qeyd olunub.