Yazını böyüt
Yazını kiçilt
Hacıqabulda ev yanıb.
Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.