AZ

Şəmkirdə yol qəzası olub, 3 nəfər xəsarət alıb

Image

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Səbət Bazarı" adlanan ərazinin yaxınlığında 2 avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü R.Rzayev, 1977-ci il təvəllüdlü İ.Hüseynova və 1949-cu il təvəllüdlü S.Məmmədrzayev xəsarət alıb.

Eyni zamanda, qəzanın zərcirvari olduğu, bir neçə avtomobilin toqquşduğu da bildirilir. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mətləb





Seçilən
0
10
baki-xeber.com

10Mənbələr