AZ

Qərb Gürcüstana Rusiya ilə “üç-dörd gün” döyüşməyi təklif edibmiş

Qərb rəsmisi daha əvvəl Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilə söhbətində Tbilisiyə Rusiya ilə “üç-dörd gün” hərbi əməliyyatlar keçirməyi təklif etmişdi.

"Unikal" xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili “İmedi” telekanalı ilə söhbətində bildirib.

Müsahibə zamanı İvanişvili adı açıqlanmayan Qərb rəsmisi ilə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin söhbətini xatırladıb.

"Sizcə, biz neçə gün Rusiya ilə döyüşə bilərik? Bu döyüş neçə gün davam edə bilər? Qaribaşvili soruşub. Qərb rəsmisi isə üç-dörd gün dedi. Qaribaşvili də "Bəs, bu üç-dörd günün xatirinə bizi məhv edirsiniz?", - İvanişvili ifadə edib. 

Gülayə Mecid 

Seçilən
44
unikal.az

1Mənbələr