AZ

Kəskin hava şəraiti ilə əlaqədar müəyyən marşrut xətlərində interval fərqləri yaranıb - RƏSMİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BakuBus"ın istismarında olan avtobusların yağış suları ilə keçilməz vəziyyətdə olan yollarla hərəkəti ilə bağlı hər hansı ciddi problem müşahidə olunmayıb".
Bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva verib.
O qeyd edib ki, ötən gündən paytaxtda davam edən güclü yağış nəticəsində bəzi küçələrdə yağış sularının yığılması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər meydana gəlib.
"Dövlət Yol Polisi tərəfindən bu yollar nəzarətdə saxlanılır və tənzimlənir. Təbii olaraq, hava şəraiti ilə əlaqədar müəyyən marşrut xətlərində interval fərqləri yaranıb. Məsələni diqqətimizdə saxlayırıq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür.
Hazırda mövcud şəraitə uyğun olaraq marşrut xətlərinin hərəkəti tənzimlənir və sərnişinlərimizə ən optimal xidmət göstərməyə çalışırıq.
Sərnişinlərimizdən hazırkı vəziyyəti anlayışla qarşılamalarını, hər hansı sual və ya çətinlik olduğu zaman bizə müraciət etmələrini xahiş edirik", - deyə Ə. Əliyeva bildirib.
Əzizə İsmayılova
Seçilən
7
1
oxu.az

2Mənbələr