AZ

Apardı sellər, Bakını… – Yollar iflic, evləri su basıb, metro və keçid isə – Video

Dünən yağan fasiləsiz yağış Bakıda həyatı iflic edib. Tribunainfo.az məlumat verir ki, yeraltı keçidləri, tunelləri, metronun bəzi stansiyalarını, küçə və prospektləri su basıb, şəhər böyük gölə oxşayır. Hazırda paytaxtın Sabunçu, Suraxanı, Xətai, Yasamal, kəsəsi, bütün ərazilərində avtomobillər hərəkətsiz vəziyyətdədir, Sabunçu istiqamətindəki keçiddə bəzi maşınlar su altında qalıb, şəhər tıxacların cəngində inildəyir. Şəhərin kommunal və kanalizasiya təsərrüfatı bərbad vəziyyətdə olduğundan Bakını sel aparmaqdadır. Eyni zamanda, bir sıra ərazilərdə evləri su basıb, həyətlər su ilə dolub, maşınlar belə çıxa bilmirlər. “Su aydınlıqdır” deyirlər, amma məmurların ucbatından Bakıda belə məna vermir…

Nigar



Seçilən
11
tribunainfo.az

1Mənbələr