AZ

ADU-nun tələbəsi İstanbulda keçirilən müsabiqənin qalibi olub

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Koreya dili- rus dili tərcümə ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elvira Ələkbərova İstanbul Universitetinin təşkil etdiyi “The 3rd Academic Olympiad of Korean Studies for Central Eurasian Students” adlı müsabiqədə “Koreya mifləri, nağılları və əfsanələrinin tərcüməsi və tədris məqsədilə istifadəsi" adlı məruzə ilə çıxış edib və II yerə layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Sloveniya, Koreya universitetlərində təhsil alan tələbələr də iştirak ediblər. Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

 

 

Seçilən
15
tehsil.biz

1Mənbələr