AZ

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

"Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”la Bakıda keçirəcəkləri oyun ərəfəsində komandanın hücumçusu Stiven Berquisin durumundan danışıb.

Sportinfo.az “Voetbal Iinternational”a istinadən xəbər verir ki, gənc mütəxəssis Amsterdam klubunun aparıcı futbolçusunun Bakıya gəlməyəcəyini bildirib:

“Ümid edirəm ki, Berquis yaxşı həftə keçirəcək. O, bizimlə Bakıya getməyəcək.

Sağalması və son addımları atmaq üçün Niderlandda qalacaq”.

“Qarabağ” - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.

Seçilən
11
sportinfo.az

1Mənbələr