AZ

Baş nazirin müavini: Bakı ilə razılaşdıq, yoxsa xaos yarana bilər

Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyasının növbəti mərhələsinin Tavuşdan sonra hansı hissədə aparılacağını hələ müzakirə etməyiblər. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Növbəti mərhələ ilə bağlı heç bir müzakirə belə olmayıb. Məsələ konsensus çərçivəsində həll olunmalıdır. Tərəflərdən biri sadəcə gəlib deyə bilməz ki, “biz bunu burada keçirmək istəyirik və bu qədər”, - Qriqoryan bildirib.

Qriqoryan onu da əlavə edib ki, nəticədə saziş imzalanacaq, onun çərçivəsində sərhədin bütün hissələrini təsvir edən protokol olacaq: "Biz sərhədin artıq tamamlanmış hissələrinə qayıtmamağa razılaşdıq, çünki iş mürəkkəbdir və xaos yarana bilər”.

Ermənistanın Azərbaycana torpaq güzəştinə getməsinə gəldikdə Qroqoryan deyib ki, qiymətləndirmələriniz doğru deyil: "Biz nə ərazi vermişik, nə də almışıq. Sərhəd bərpa olunub”.

Mürtəza
Ölkə.Az

Seçilən
36
olke.az

1Mənbələr