AZ

Bakıda tuneli su basdı, maşınlar batdı - Video

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib. 

“Qafqazinfo”nun məlumatına görə, yağan güclü yağışdan sonra Sabunçu rayonu ərazisində tuneli su basıb.

Bunun nəticəsində bir neçə avtomobil tunelin içində ilişərək qalıb. Gecə saatlarında doğru aramsız yağışlar nəticəsində tunel tamamilə su ilə dolub.

Əraziyə suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.

Qeyd edək ki, normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilib. Bununla bağlı ötən gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
813
6
qafqazinfo.az

7Mənbələr