AZ

Britaniyanın musiqi ixracından gəliri 1 milyard dolları keçib

Ötən il Böyük Britaniyanın musiqi ixracının dəyəri rekord həddə - 775 milyon funt sterlinqə (1 milyard dollardan çox) çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times (FT) British Phonographic Industry-yə (BPI) istinadən məlumat yayıb.

Məlumata görə, beləliklə Britaniya musiqi ixracının həcminə görə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Krallığın musiqi sənayesi ticarət assosiasiyasına görə, xaricdə qeydə alınmış Britaniya musiqisinin satışından tutmuş CD və vinil kimi fiziki formatlara qədər hər şey üzrə satışı 2023-cü ildə 7,6 faiz artıb.

Nəşr xatırladır ki, Britaniya musiqiçilərinin işinin ümumi qlobal payı 2015-ci ildə - Adele və Ed Şiran hələ yüksələn ulduzlar olanda 17 faiz səviyyəsində təxmin edilirdi. Bu sənətçilərin hər ikisi Harri Stayls kimi digər məşhur artistlərlə birlikdə demək olar ki, on ildən sonra hələ də ən məşhurlar sırasındadır. Bununla belə, 2023-cü ildə Britaniya musiqiçilərinin 1 milyard dinləməni keçən yeni dalğası - Central Cee, Glass Animals, PinkPantheress və Raye kimi qruplar meydana çıxdı.

BPI qeyd edir ki, musiqi dünyasında rəqabət güclənir və indi britaniyalılar təkcə ABŞ və Kanada kimi güclü rəqiblərlə deyil, həm də Latın Amerikası ölkələri və Cənubi Koreya kimi ifaçıları dövlət tərəfindən dəstəklənən ölkələrlə rəqabət aparmalıdırlar.
Xatırladaq ki, The Beatles rok qrupunun yaradıcılarından biri Pol Makkartni sərvəti 1 milyard funt sterlinq (1,3 milyard dollar) olan ilk britaniyalı musiqiçi olub. Ser Pol və arvadı Nensi “The Sunday Times” qəzetinin hər il dərc etdiyi Böyük Britaniyanın ən varlı adamları siyahısında 165-ci yerə yüksəliblər.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr