AZ

Ər və arvadın müəmmalı ölümü: Dörd gün əvvəl evin tək övladı olan oğulları dünyasını dəyişib - Yenilənib

Bakının Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində dəhşətli hadisə baş verib...

Belə ki, həmin ünvanda ər və arvadın meyitləri tapılıb. Onların dəm qazından boğulub öldüyü ehtimal edilir.

Qonşuların sözlərinə görə, cütlük hamam otağında su qızdırıcısını açıq qoyaraq intihar edib.

Qeyd edək ki, dörd gün öncə ailənin yeganə övladı vəfat edib. Onların övlad itkisinə dözməyərək bu addımı atdığı iddia olunur.

Ətraflı APA TV-nin süjetində:

***

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Poliqon-a bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
14
9
poliqon.info

10Mənbələr