AZ

Albaniyanın keçmiş prezidenti saxlanıldı


Albaniyanın keçmiş prezidenti İlir Meta Tiran yaxınlığında saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş dövlət başçısı elan olunmuş mətbuat konfransına gedərkən saxlanılıb:
Saxlanmanın səbəblərindən biri “korrupsiya işi və əmlakı bəyan etməkdən imtina” adlanır.
“İlir Metanın təqibi siyasi, siyasi və yalnız siyasi xarakter daşıyır. Heç bir fakt, bir dənə də olsun sənəd təqdim edilmədi, lakin onlar Albaniyanın Baş naziri Edi Ramanın göstərişlərini yerinə yetirdilər, o, İliri hər vasitə ilə siyasi və bəlkə də fiziki cəhətdən aradan qaldırmağa çalışdı. Edi Rama, keçmişdə qeyd etdiyim kimi, insanların qeyri-qanuni yoxa çıxmasında iştirak edir”, - Albaniyanın keçmiş prezidenti Sali Berişa bununla bağlı bildirib.
Qeyd edək ki, İlir Meta Albaniyanın baş naziri, xarici işlər naziri və parlamentin sədri vəzifələrində çalışıb. 2017-2022-ci illərdə o, ölkə prezidenti olub.
Seçilən
17
5
yeniavaz.com

6Mənbələr