AZ

Putin BRICS sammitində bir neçə ölkənin liderləri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin 22 oktyabrda Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov əlavə edib ki, 23 oktyabrda Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Masud Pezeşkian ilə, 24 oktyabrda isə Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək.

O qeyd edib ki, tədbirə 36 ölkənin nümayəndələrinin və 6 beynəlxalq təşkilatın rəhbərliyinin qatılması gözlənilir.

The Economist nəşrinin 21 oktyabrda verdiyi məlumata görə, XVI BRICS sammiti 22 oktyabrda Kazanda başlayacaq və 30-dan çox ölkənin liderləri iştiraklarını artıq təsdiq ediblər.

Seçilən
11
1
iqtisadiyyat.az

2Mənbələr