AZ

“Qusar”la oyunla bağlı bəzi texniki məsələlər var” – “Lerik” yenə meydana çıxmayacaq?

Futbol üzrə ölkə çempionatının 2-ci liqasının 7-ci turunda“Lerik”in “Şəfa” ilə səfər oyununa çıxmadığını xəbər vermişdik.

Oktyabrın 22-də isə cənublular Lənkəranda “Qusar”ı qəbul etməlidi. Görəsən, ötən günlərdə “Lerik”in durumunda hansısa dəyişiklik olubmu? “Qusar”la oktyabrın 22-də keçirilməli ev oyununda meydana çıxacaqsızmı? Bu sualları “Lerik”in prezidenti Famil Məmmədova ünvanladıq:

“Durumla bağlı heç bir yenilik yoxdu. “Qusar”la oyunla bağlı bəzi texniki məsələlər var. Həll etsək, komanda heyəti ilə danışıb, qərar verərik”.

ƏSƏD SEYİDOV

Seçilən
14
football-plus.az

1Mənbələr