AZ

Ukraynanın dinc sakinlərinin bombardıman edilməsində iştirak etmiş pilot öldürüldü

Yazını böyüt
Yazını kiçilt

Bu gün Kremençuqdakı "Amstor" ticarət mərkəzinə və Dneprdə yaşayış binasına hücumlarda iştirak etmiş rusiyalı pilot Dmitri Qolenkovun aradan götürüldüyü məlum olub.

 Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin telegram-kanalında yayılıb. Bildirilir ki, rusiyalı hərbi cinayətkar Dmitri Vladimiroviç Qolenkovun meyiti oktyabrın 20-də səhər saatlarında, çox güman ki, çəkic zərbəsindən yaranmış çoxlu kəllə-beyin travması ilə aşkar edilib.

"Ədalət çəkici - hərbi cinayətkar Dmitri Qolenkov Rusiyada məhv edildi", - mesajda belə deyilir.

Baş Kəşfiyyat İdarəsi bildirir ki, Qolenkov Şaykovka aerodromunda yerləşən və "Tu-22M3" bombardmançıları ilə silahlanmış Rusiya Aerokosmik Qüvvələrinin 52-ci ağır bombardmançı alayının (33310 saylı hərbi hissə) pilotu olub.

Qolenkov həmçinin Ukraynanın mülki obyektlərinə, o cümlədən Dneprdəki "Amstor" ticarət mərkəzinə və  yaşayış binasına hücumlarda iştirak edib. O, Rusiya aviasiya eskadrilyasının qərargah rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu günlərdə Luqanskın mərkəzində də rusiyalı hərbçi öldürülüb. Söhbət mayor Dmitri Pervuxadan gedir.

Seçilən
16
hafta.az

1Mənbələr