AZ

Prezident baş konsulu geri çağırdı (SƏRƏNCAM)

Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Hokm.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edəm ki, Sultan Qasımov 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1979-1981-ci illərdə Daxili qoşunlarda hərbi xidmət keçib. 1981-2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
1993-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 2006-2009-cu illərdə DİN xətti ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ezamiyyətə göndərilib. 2009-2016-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində işləyib.
3 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Evlidir, qız övladı var.
Seçilən
2
49
hokm.az

10Mənbələr