Bakı. Trend:
COP29 çərçivəsində iki panel məhz multikulturalizm məsələlərinəhəsr olunacaq.
Trend-inxəbərinə görə, bu barədə AZƏRTAC-a açıqlamasında Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məlumatverib.
O vurğulayıb ki, multikulturalizm Azərbaycanda dövlətsiyasətinin ən önəmli istiqamətlərindən biridir.
"Noyabrın 5-dən 7-dək PreCOP tədbiri olaraq Qafqaz Müsəlmanlarıİdarəsi tərəfindən dünya dini liderlərinin sammiti təşkil ediləcək.Tədbirdə bu sahədə tanınmış 200-ə yaxın din xadimi, alim iştirakedəcək. Onların Qarabağa səfəri də nəzərdə tutulub.
Noyabrın 13-də ayrıca panel təşkil olacaq. Burada daAzərbaycanın tolerantlıq, multikulturalizm dəyərlərindən bəhsolunacaq, nəşr sərgilərində mərkəzin kitabları, eləcə də filmlərnümayiş ediləcək".
Rəvan Həsənov bildirib ki, COP29 kimi mötəbər tədbirdəAzərbaycanın multikultural dəyərlərinin təbliği əhəmiyyətlidir:“Biz fürsətdən istifadə edərək öz multikultural və tolerantdəyərlərimizi gələn xarici qonaqlara təqdim edəcəyik".